Bank Of Baku

Daşkəsən rayonunun 23 kəndi hələ də işıqsızdır

Daşkəsən rayonunun 23 kəndi hələ də işıqsızdır
# 10 mart 2009 09:18 (UTC +04:00)
Daşkəsən. Nəzakət Məşədiəliqızı - APA. Azərbaycanın Daşkəsən rayonunda baş verən güclü qasırğa nəticəsində 23 kənd işıqsız qalıb. APA-nın qərb bürosunun məlumatına görə, hazırda rayonun kəndlərinə verilən elektrik enerjisinin bərpa olunması ilə bağlı tədbirlər görülür. Bərpa işlərini aparmaq üçün Gəncə şəhər Regional Elektrik Təchizatı Məhdud Məsuliyyətli Cəmiyyətinin mütəxəssisləri rayona dəvət edilib. Həmçinin Gəncədən rayona elektrik naqilləri, dirəklər gətirilib. Təbii fəlakət nəticəsində rayona dəyən ziyanın məbləği hələ müəyyənləşməyib.
Qeyd edək ki, dünən səhər saatlarından başlayaraq rayonda qasırğa baş verib. Güclü külək rayonun 11 kəndində fərdi evlərin, sosial və iaşə obyektlərinin dam örtüklərini dağıdıb. Ümumilikdə 1000-dən artıq tikilinin dam örtüyü bütövlükdə sıradan çıxıb. 100-dək elektrik və rabitə dirəyi aşıb, naqillər qırılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR