Bank Of Baku

Gədəbəyin 80 kəndinə elektrik enerjisinin verilişi dayandırılıb

Gədəbəyin 80 kəndinə elektrik enerjisinin verilişi dayandırılıb
# 10 mart 2009 09:36 (UTC +04:00)
Gədəbəy. Nəzakət Məşədiəliqızı-APA. Dünən Gədəbəydə baş verən güclü qasırğa
rayona ciddi ziyan vurub. Gədəbəy rayon İcra Hakimiyyəti başçısının müavini, Fövqəladə Hallar Komissiyasının sədri Qüdrət Paşayev APA-nın qərb bürosuna bildirib ki, güclü külək rayonun 500-dən artıq fərdi yaşayış evinin dam örtüyünü sıradan çıxarıb. Eyni zamanda inzibati binaların, məktəblərin, xəstəxanaların dam örtükləri, telekommunikasiya xətləri, elektrik dirəkləri yararsız hala düşüb. Hazırda rayon üzrə olan 108 kənddən 80-nə elektrik enerjisinin verilişi dayandırılıb.
Rayonun Gərgər kəndində 1 evin dam örtüyünün uçması nəticəsində 4 ev sakini xəsarət alıb. Qasırğa zamanı rayona dəyən ziyanın məbləği müəyyənləşdirilir. Bildirilib ki, təbii fəlakətin fəsadlarının aradan qaldırılması üçün rayonun daxili imkanları kifayət etmir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR