Bank Of Baku

“Azərbaycan ailəsi” adlı qısametrajlı filmlər festivalı keçiriləcək

“Azərbaycan ailəsi” adlı qısametrajlı filmlər festivalı keçiriləcək
# 10 mart 2009 09:52 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə “Azərbaycan ailəsi” adlı qısametrajlı filmlər festivalı keçiriləcək. APA-nın məlumatına görə, Azərbaycan Kinematoqrafçılar İttifaqında festivalın açılışı ilə əlaqədar təbdir keçirilib. Tədbirdə çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova bildirib ki, müsabiqənin keçirilməsində məqsəd cəmiyyətdə ailənin nüfuzunun yüksəldilməsi, kinematoqrafiyanın imkanlarından istifadə etməklə Azərbaycanda ailənin ictimai statusunun artırılması, ailələrdə uşaqların inkişafı və tərbiyəsi üçün optimal şəraitin yaradılması, uşaq baxımsızlığının qarşısının alınmasıdır: “Ailə mövzusu bütün dövrlərin ən aktual müzakirə mövzusu olaraq hər zaman cəmiyyətin maraq dairəsindədir. Xalqımız hər zaman ailə dəyərlərinə olan sevgisini bütün ülvi hisslərdən uca tutub. Azərbaycan ailəsi dünya xalqları arasında nümunəvi davranış normaları ilə seçilməklə, gələcək nəsillər üçün örnək rolunu oynamazdadır”.

Müsabiqədə iştirak edəcək filmlər aprelin 30-dək təşkilat komitəsinə təqdim olunmalıdır. Qaliblərin mayın 12-də mükafatlandırılması nəzərdə tutulur. Müsabiqənin qalibləri xalq artisti Şəfiqə Məmmədovanın sədrlik etdiyi, millət vəkili Rəbiyyət Aslanova, kinorejissor Oqtay Mirqasımov, professor Vasim Məmmədəliyev və digərlərinin təmsil olunduğu münsiflər heyətinin qərarı ilə seçiləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR