Bank Of Baku

Gürcüstanda azərbaycanlıların yaratdıqları QHT-lərin yığıncağı keçirilib

Gürcüstanda azərbaycanlıların yaratdıqları QHT-lərin yığıncağı keçirilib
# 10 mart 2009 10:23 (UTC +04:00)
Marneuli. Nizami Məmmədzadə-APA. Gürcüstan Azərbaycanlılarının Mədəniyyət Mərkəzində Gürcüstanda fəaliyyət göstərən 36 qeyri-hökumət təşkilatının təmsilçisinin iştirakı ilə yığıncaq keçirilib. APA-nın Gürcüstan bürosunun məlumatına görə, tədbir Mədəniyyət Mərkəzinin rəhbəri Fazil Həsənovun Azərbaycan-Gürcüstan Parlamentlərarası Dostluq qrupuna etdiyi müraciət əsasında baş tutub. Tədbirdə Gürcüstanda fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının problemləri dinlənilib, həmin təşkilatların inkişafına mane olan amillər göstərilib. Həmin gün Bakıdan gələn mütəxəssis Natiq Nəsirovun rəhbərliyi ilə treninq-seminar keçirilib. Tədbir bir həftə davam edəcək. Tədbirdə iştirak edən Azərbaycan-Gürcüstan Parlamentlərarası Dostluq qrupunun rəhbəri Qənirə Paşayeva jurnalistlərə bildirib ki, qrupun dəstəyi ilə gələcəkdə Gürcüstanda azərbaycanlıların rəhbərlik etdikləri qeyri-hökumət təşkilatlarına diqqət artacaq: “Azərbaycanlıların Mədəniyyət Mərkəzinin rəhbərliyi bizə müraciət etmişdi ki, bu təşkilatların kompüterlə təchiz edilməsinə ehtiyac var. Bu gün Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin köməyi ilə 5 qeyri-hökumət təşkilatına kompüterlər verdik. Novruz bayramı ərəfəsində də digər qeyri-hökumət təşkilatlarına yenə belə hədiyyələr veriləcək”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR