Bank Of Baku

Azərbaycanın Lerik və Lənkəran rayonlarında güclü külək təsərrüfatlara ziyan vurub

Azərbaycanın Lerik və Lənkəran rayonlarında güclü külək təsərrüfatlara ziyan vurub
# 10 mart 2009 10:41 (UTC +04:00)
Lənkəran. Ağəddin Babayev-APA. Ötən gün axşamdan başlayaraq Azərbaycanın cənub bölgəsində əsən güclü külək təsərrüfatlara ciddi ziyan vurub. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Lənkərandakı Hidrometeoroloji Hissəsindən APA-nın yerli bürosuna verilən məlumata görə, küləyin saniyədə sürəti Lənkəranda 15 metr, Yardımlıda 28 metr, Lerikdə isə 40 metrə qədər olub. Güclü külək nəticəsində daha çox ziyan Lerik rayonuna dəyib. Nəticədə rayon tamilə işıqsız qalıb. Rayon İcra Hakimiyyətindən bildirilib ki, külək 70-ə yaxın elektrik dirəyini yıxıb, 7,3 kilometr elektrik xətti isə qırıb. Bir sıra inzibati və yaşayış binalarının dam örtüyü uçub.
Lənkəran rayon İcra Hakimiyyəti aparatından APA-nın əməkdaşına bildirilib ki, hazırda rayonunun 40 faizi işıqsızdır. Rayonun elektrik təsərrüfatına ciddi ziyan dəyib, yaşayış binaların dam örtükləri uçub.
Küləyin ziyan vurduğu rayonların icra hakimiyyətlərinin yanında fəaliyyət göstərən fövqəladə hallar komissiyaları rəhbərlərinin toplantısı keçirilib. Təbii fəlakətin nəticələrinin aradan qaldırılması istiqamətində tədbirlər görülür.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR