Bank Of Baku

Gürcüstanın Azərbaycan dilli məktəblərinə bədii ədəbiyyat paylanıb

Gürcüstanın Azərbaycan dilli məktəblərinə bədii ədəbiyyat paylanıb
# 10 mart 2009 10:51 (UTC +04:00)
Marneuli. Nizami Məmmədzadə-APA. Azərbaycandan Gürcüstanın Azərbaycan dilli orta məktəblərinə sinifdənkənar bədii ədəbiyyat aparılıb. APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu, Heydər Əliyev Fondunun dəstəyi və Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin köməyi ilə baş tutub. Millət vəkili Qənirə Paşayevanın və Azərbaycanlıların Mədəniyyət mərkəzinin sədri Fazil Həsənovun iştirakı ilə Azərbaycan dilli orta məktəblərə 1200 ədəd bədii kitab paylanılıb. Latın qrafikası ilə nəşr edilən bədii ədəbiyyat Bolnisi, Qardabani, Marneuli rayonlarındakı orta məktəblərin direktorlarına təhvil verilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR