Bank Of Baku

Səhiyyə Nazirliyi şimal-qərb və qərb rayonlarındakı apteklərdə yoxlama aparır

Səhiyyə Nazirliyi şimal-qərb və qərb rayonlarındakı apteklərdə yoxlama aparır
# 10 mart 2009 12:37 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva – APA. Səhiyyə Nazirliyinin Dərman Vasitələrinin Analitik Ekspertiza Mərkəzi şimal-qərb və qərb regionlarındakı dövlət və özəl apteklərdə yoxlamalar aparır. Bu barədə APA-ya mərkəzin Dərmanların Keyfiyyətinə Nəzarət İnspeksiyasının rəisi Pərviz Əzizbəyov məlumat verib. Onun sözlərinə görə, hazırda yoxlamalar Qazax, Ağstafa, Tovuz, Balakən, Zaqatala, Qax rayonlarındakı aptekləri əhatə edir. Artıq yoxlamalar yekunlaşmaq üzrədir.

P. Əzizbəyov bildirib ki, ötən il Azərbaycanda 284 qanunsuz aptekin fəaliyyəti dayandırılıb. Bu il ərzində isə ilk olaraq yoxlamalar cənub regionunda aparılıb. Lənkəran, Biləsuvar, Cəlilabad rayonlarındakı 63 aptekdə aparılan yoxlamalar zamanı 14 qanunsuz aptek aşkarlanıb. Həmin apteklərin fəaliyyəti dayandırılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR