Bank Of Baku

Səhiyyə Nazirliyi 3700 adda dərman preparatının Azərbaycan ərazisində istifadəsinə icazə verib

Səhiyyə Nazirliyi 3700 adda dərman preparatının Azərbaycan ərazisində istifadəsinə icazə verib
# 10 mart 2009 13:26 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva - APA. İndiyədək Azərbaycanda 3700 addan çox dərman preparatı dövlət qeydiyyatından keçib. Bu barədə APA-ya Səhiyyə Nazirliyinin Dərman Vasitələrinin Analitik Ekspertiza Mərkəzinin Dərmanların Keyfiyyətinə Nəzarət İnspeksiyasının rəisi Pərviz Əzizbəyov məlumat verib. Onun sözlərinə görə, qeydiyyatdan keçirilmiş həmin dərmanlar dövlət reyestrinə salınıb, onların ölkədə istifadəsinə icazə verilib.

P. Əzizbəyov bildirib ki, ötən ilin martın 1-dən başlayaraq, dövlət qeydiyyatına alınmayan və dövlət reyestrinə daxil edilməyən dərman preparatlarının ölkəyə idxalına icazə verilmir. İnspeksiya rəisi dövlət reyestrinə salınan dərman preparatlarının sayının artacağını da söyləyib.

P. Əzizbəyov onu da əlavə edib ki, Azərbaycanda dərmanların qiymətində bahalaşma 4-5 ay əvvəl özünü göstərib. Son bir necə ayda isə dərmanların qiymətinin yüksəlməsi baş verməyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR