Bank Of Baku

Misir Mərdanov: “Şagirdin özünü ikinci mərtəbədən atmasının səbəbi məktəbdə qanunsuz pul yığılması ilə bağlı deyil”

Misir Mərdanov: “Şagirdin özünü ikinci mərtəbədən atmasının səbəbi məktəbdə qanunsuz pul yığılması ilə bağlı deyil”
# 10 mart 2009 13:27 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev - APA. “9-cu sinif şagirdinin özünü oxuduğu məktəbin ikinci mərtəbəsindən atmasının səbəbi məktəbdə qanunsuz pul yığılması ilə bağlı deyil. Bu hadisənin başqa səbəbi var. Əsas odur ki, şagird ölməyib, sağdır”. Bu sözləri APA-ya açıqlamasında təhsil naziri Misir Mərdanov bildirib. Nazir Bakının Sabunçu rayonunun Ramana qəsəbəsində, 90 saylı orta məktəbin 9-cu sinif şagirdi Mirsahib Əzimzadənin 8 mart bayramı ilə bağlı pul vermədiyinə görə sinif rəhbərinin tənbehlərinə dözməyərək özünü məktəbin 2-ci mərtəbəsindən aşağı atmasının həqiqətə uyğun olmadığını deyib. M. Mərdanov hadisənin başqa səbəbdən baş verdiyini və hazırda məsələnin araşdırıldığını bildirib. Təhsil naziri, eyni zamanda şagirdlərdən pul yığdığına görə cəzalandırılan müəllimlərin adlarının açıqlanacağını deyib: “Yaxın iki gün ərzində bu barədə məlumat veriləcək. Həmin müəllimlərin adları açıqlanacaq. Ancaq onların kimliyini indidən deyə bilməyəcəyəm”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR