Bank Of Baku

May ayından “Azərbaycanda ali təhsil sistemində islahatlar layihəsi”nin hazırlanmasına başlanacaq

May ayından “Azərbaycanda ali təhsil sistemində islahatlar layihəsi”nin hazırlanmasına başlanacaq
# 10 mart 2009 13:57 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva-APA. Bu ilin may ayından Dünya Bankının (DB) mütəxəssislərinin iştirakı ilə «Azərbaycanda ali təhsil sistemində islahatlar layihəsi»nin hazırlanmasına başlanacaq. Bu barədə APA-ya Təhsil Nazirliyindən məlumat verilib. Nazirlikdən bildirilib ki, hazırda layihənin ideyaları müəyyənləşdirilir. Layihənin əsas hədəfləri ali təhsildə keyfiyyətin təminatı, bununla bağlı mərkəzin, müəssisələrdə isə qurumların yaradılması, maliyyə islahatlarının aparılması, islahatların idarəedilməsi üzrə potensialın gücləndirilməsidir.

Layihənin 2010-cu ilin mayında hazır olması, daha sonra isə onun icrasına başlamaq nəzərdə tutulur. Layihənin DB-nin krediti və ya Azərbaycan hökumətinin ayıracağı maliyyə vəsaiti hesabına maliyyələşdiriləcəyi isə hələ müəyyənləşdirilməyib.

Qeyd edək ki, artıq TN ilə DB arasında Ali Təhsil Layihəsinin hazırlanması üçün Yaponiya Qrantına dair Saziş imzalanıb. 460 min ABŞ dolları dəyərində olan sazişin əsas məqsədi Ali Təhsil Layihəsinin hazırlanması üçün tələb olunan texniki-iqtisadi əsaslandırmaların tərtibi, ekoloji, sosial, iqtisadi və digər araşdırmaların aparılması, icra planlarının hazırlanması, maraqlı tərəflər arasında məsləhətləşmələrin, ölkə daxili təlimlərin, tədqiqatların, seminarların və sorğuların təşkili, texniki məsləhət xidmətlərinin təmin edilməsidir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR