Bank Of Baku

ABŞ və Azərbaycan baytarları səhiyyə sahəsində təhlükələrə qarşı birgə mübarizə aparacaqlar

ABŞ və Azərbaycan baytarları səhiyyə sahəsində təhlükələrə qarşı birgə mübarizə aparacaqlar
# 10 mart 2009 14:15 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva-APA. ABŞ-ın Azərbaycandakı Səfirliyi Kənd Təsərrüfatı Nazirliyi və Dövlət Baytarlıq Xidməti ilə əməkdaşlıq şəraitində 150 yerli baytar və Azərbaycan Kənd Təsərrüfatı Akademiyasının 30 tələbəsi üçün bu həftə təlim proqramı təşkil edir. APA-nın məlumatına görə, ABŞ-ın aparıcı baytarları tərəfindən keçirilən bu layihə quş qripi də daxil olmaqla, heyvanlar arasında yayılan təhlükəli xəstəliklərin aşkarlanması üçün baytarlar və ictimai səhiyyə rəsmiləri arasında əlaqələndirmənin təkmilləşdirilməsinə yönəlib.

Ticarət və nəqliyyat şəbəkələrinin inkişafını nəzərə alaraq, heyvanlar arasında yayılan xəstəliklər beynəlxalq sərhədləri aşaraq, tezliklə yayılmağa qadirdir. Proqram təşkilatçılarının fikrincə, bu kimi təhlükəli xəstəliklərin aşkarlanmasında və onlarla mübarizədə regional və qlobal əməkdaşlıq çox zəruridir.

İki-həftəlik təlim proqramı ABŞ Səfirliyinin Təhlükənin Azaldılması üzrə Müdəfiə Ofisi (TAMO) tərəfindən təşkil edilib. Təlimləri İllinoys Universitetinin rəhbərliyi altında aparıcı amerikalı baytarlar həyata keçirəcək.

TAMO ABŞ Dövlət Departamentinin bir agentliyi kimi son 15 il ərzində Təhlükənin Azaldılması üzrə Birgə Təşəbbüs çərçivəsində keçmiş Sovet İttifaqının ölkələri ilə kütləvi qırğın silahlarının təhlükəsiz qorunması, müdafiəsi və məhv olunması fəaliyyətinə görə tanınır. TAMO proqramı, həmçinin, təbii fəlakətlər nəticəsində baş verən epidemiyalardan bioloji terrorizmə gədər, bioloji təhlükələrdən müdafiənin təkmilləşdirilməsi üzrə tərəfdaş ölkələrlə sıx əməkdaşlığın qurulması kimi proqramları da daxil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR