Bank Of Baku

Azərbaycan ərazisində küləkli hava davam edəcək

Azərbaycan ərazisində küləkli hava davam edəcək
# 10 mart 2009 15:22 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva - APA. Yaxın günlər ərzində Azərbaycan ərazisində hava əsasən, yağmursuz keçəcək, cənub-qərb küləyi üstünlük təşkil edəcək, tez-tez şimal küləyi ilə əvəzlənəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru İmran Məmmədov APA-ya bildirib ki, martın 10-dan 11-ə keçən gecə və səhər saatlarında şərq rayonlarında hava şəraitinin yağmurlu olacağı gözlənilir. Martın 11-də Bakı və Abşeron yarımadasında gündüz saatlarında cənub-qərb küləyi üstünlük təşkil edəcək, gündüz arabir güclənəcək. Havanın temperaturu gecə 4-6, gündüz 12-17 dərəcə isti olacaq.

Martın 11-də Azərbaycanın bölgələrində də cənub-qərb küləyi üstünlük təşkil edəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 4-9, gündüz 15-20 dərəcə isti qeydə alınacaq.

Dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 9-14 dərəcə isti olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR