Bank Of Baku

Ağstafada Dövlət Sosial Müdafiə Fondunun yerli şöbəsinin inzibati binasının açılışı olub

Ağstafada Dövlət Sosial Müdafiə Fondunun yerli şöbəsinin inzibati binasının açılışı olub
# 10 mart 2009 16:20 (UTC +04:00)
Ağstafa. Nəzakət Məşədiəliqızı-APA. Ağstafada Dövlət Sosial Müdafiə Fondunun yerli şöbəsinin inzibati binasının açılışı olub. Müasir avadanlıqlarla təchiz edilmiş binada vətəndaşlara keyfiyyətli xidmət göstərmək üçün yüksək şərait yaradılıb. Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümov APA-nın Qərb bürosuna bildirib ki, Ağstafada kecən il sosial müavinət alanların sayı 368 nəfər artıb ki, bunun da 314 nəfəri əliliyə görə müavinət alanlardır: “Bu heç də düzgün hal deyil. Məgər Ağstafada müharibədir ki, əlilliyin sayı bu dərəcədə artıb. Vəziyyət təhlil olunacaq və müəyyən tədbirlər görüləcək. Ağstafa rayonunda 80 minə yaxın əhali yaşayır, təəssüf olsun ki, sosial sıgorta ödəyicisi olaraq 13 min nəfər qeydiyyatdadır. Bu rayonda 12,476 nəfər pensiyaçı var. Təqaüdçülərin 91 faizinə ödəniş plastik kart vasitəsilə həyata keçirilir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR