Bank Of Baku

“Avropa İnsan Hüquqları Konvensiyasının ölkədaxili tətbiqinə dair” seminar keçirilir

“Avropa İnsan Hüquqları Konvensiyasının ölkədaxili tətbiqinə dair” seminar keçirilir
# 11 mart 2009 08:44 (UTC +04:00)
Bakı. Ramil Məmmədli - APA. Bu gün Məhkəmə-Hüquq Şurası (MHŞ) ilə Avropa Şurası arasında əməkdaşlıq çərçivəsində təşkil olunan “Avropa İnsan Hüquqları Konvensiyasının ölkədaxili tətbiqinə dair” iki günlük seminar başlayıb. APA-nın məlumatına görə, MHŞ yanında hakimlərin və dövlət ittihamçılarının tədrisi sektorunun rəhbəri, Bakı Apellyasiya Məhkəməsinin hakimi İlqar Xələfov insan hüquqları üzrə Avropa Konvensiyasının tətbiqi təcrübəsinin öyrənilməsinə əhəmiyyət verildiyini deyib. O bildirib ki, yaranan mübahisələrin Azərbaycan məhkəmələrində ədalətli həllinin tərəfdarıdır: “İstərdim ki, Azərbaycan məhkəmələrinin hamısında işlərə ədalətli baxılsın. Belə olan təqdirdə beynəlxalq məhkəmələrə müraciətə ehtiyac qalmaz”.

Avropa Şurası Baş Katibliyinin xüsusi nümayəndəsi Veronika Kotek isə Azərbaycan məhkəmələrində Avropa İnsan Haqları Məhkəməsinin təcrübəsinin tətbiqinin çətinlik törətdiyini söyləyib: “Azərbaycan məhkəmələrində Avropa hüquq standartlarının tətbiqi arzuolunan səviyyədə deyil. Bu kimi seminarlar dövlət ittihamçılarına və hakimlərə Avropa standartlarını öyrənməkdə kömək edir”. Avropa Şurasının İnsan Hüquqları Direktorluğunun inzibatçısı Yan Klaus İnsan Haqları üzrə Konvensiya, Avropa Sosial Xartiyası, İşgəncələrə dair Avropa Konvensiyası və bunların Azərbaycanda tətbiqi ilə bağlı çıxış edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR