Bank Of Baku

Azərbaycan nümayəndə heyəti Litvaya tədris səfəri edəcək

Azərbaycan nümayəndə heyəti Litvaya tədris səfəri edəcək
# 11 mart 2009 08:50 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva – APA. Dünya Bankı (DB) və Azərbaycan hökumətinin birgə maliyyələşdirdiyi “Təhsil sektorunun inkişafı» üzrə ikinci layihə çərçivəsində Azərbaycan nümayəndə heyəti Litvaya tədris səfəri edəcək. Bu barədə APA-ya layihəni əlaqələndirmə qrupunun direktoru Elvin Rüstəmov məlumat verib. Onun sözlərinə görə, səfərin məqsədi Litvanın dərsliklərin hazırlanması, qiymətləndirilməsi və məktəb şəbəkəsinin rasionallaşdırılması sahəsində təcrübəsi ilə tanış olmaqdır. Bu sahə üzrə Litvanın böyük təcrübəsinin olduğunu deyən E.Rüstəmov bildirib ki, səfər martın 30-dan aprelin 5-dək davam edəcək. Nümayəndə heyətinin tərkibinə Təhsil, Maliyyə və İqtisadi İnkişaf nazirliklərinin təmsilçiləri daxil olacaq. Qeyd edək ki, “Təhsil sektorunun inkişafı» üzrə ikinci layihəsinin icrasına 45,4 milyon dolların ayrılması nəzərdə tutulub. Bunun 25 milyon dollarını DB, 20,4 milyon dollarını isə Azərbaycan hökuməti ayıracaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR