Bank Of Baku

Azərbaycanın 100 pilot təhsil müəssisəsində məktəbə hazırlıqla bağlı treninqlər keçiriləcək

Azərbaycanın 100 pilot təhsil müəssisəsində məktəbə hazırlıqla bağlı treninqlər keçiriləcək
# 11 mart 2009 08:58 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva – APA. Dünya Bankı (DB) və Azərbaycan hökumətinin birgə maliyyələşdirdiyi “Təhsil sektorunun inkişafı» üzrə ikinci layihə çərçivəsində ölkənin 100 pilot təhsil müəssisəsində məktəbə hazırlıqla bağlı treninqlər keçiriləcək. Layihənin əlaqələndirmə qrupunun direktoru Elvin Rüstəmov APA-ya bildirib ki, treninqlər həm bağça tərbiyəçiləri, həm də ümumtəhsil məktəblərinin ibtidai sinif müəllimləri üçün olacaq. Treninqlərin keçirilməsində məqsəd məktəbəqədər təhsilinin mahiyyətini valideynlərə başa salmaqdır. Bu treninqlər həm də kiçik yaşlıların məktəbəqədər təhsil müəssisələrinə cəlbinə yardım göstərəcək. Treninqin iştirakçıları həftədə bir dəfə təmsil etdiyi və ətraf rayonlarda yaşayan valideynlər üçün bu mövzuda maarifləndirmə işləri aparacaq. E. Rüstəmov artıq Bakının Xətai rayonunda ilk treninqlərə başlanıldığını söyləyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR