Bank Of Baku

Moskvada “Novruz-2009” adlı bayram tədbirləri keçiriləcək

Moskvada “Novruz-2009” adlı bayram tədbirləri keçiriləcək
# 11 mart 2009 09:26 (UTC +04:00)
Bakı. Laçın Sultanova - APA. Moskva hökumətinin qərarı ilə Rusiya paytaxtında “Novruz-2009” adlı ümumşəhər bayramı keçiriləcək. APA-nın məlumatına görə, tədbirin keçirilməsində məqsəd mədəniyyətlərarası inteqrasiyaya yardım, etnik qruplar arasında qarşılıqlı anlayışın inkişafı və Moskva sakinlərinin etnomədəni tələbatlarının təmin edilməsidir. Tədbirlər 2008-2010-cü illər üçün “Çoxmillətli Rusiyanın paytaxtı” proqramı üçün nəzərdə tutulmuş büdcə vəsaiti hesabına təşkil olunacaq. Moskva hökumətinin Regionlararası Əlaqələr və Milli Siyasət Komitəsi bu tədbirin təşkilatçısı kimi bayram tədbirlərinin proqramını hazırlayır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR