Bank Of Baku

Azərbaycan nümayəndə heyəti BMT-nin narkotik vasitələr üzrə Komissiyasının sessiyasında iştirak edir

Azərbaycan nümayəndə heyəti BMT-nin narkotik vasitələr üzrə Komissiyasının sessiyasında iştirak edir
# 11 mart 2009 13:58 (UTC +04:00)
Bakı – APA. Vyana şəhərində BMT-nin narkotik vasitələr üzrə Komissiyasının 52-ci sessiyası keçirilir. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, iki gün davam edəcək tədbirdə nazir müavini, polis general-leytenantı Əsgər Ələkbərovun rəhbərliyi ilə Daxili İşlər Nazirliyinin, Milli Təhlükəsizlik Nazirliyinin, Dövlət Gömrük Komitəsinin, Səhiyyə Nazirliyinin və Narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə Dövlət Komissiyasının təmsilçilərindən ibarət Azərbaycan nümayəndə heyəti də iştirak edir. Sessiya zamanı narkomaniya problemlərinin dünya səviyyəsində aradan qaldırılması yolları, narkotiklərin yayılmasının qarşısının alınması istiqamətində alternativ metodlar, qanunsuz narkotik bitkilərin kökünün kəsilməsi üzrə beynəlxalq əməkdaşlığın formalaşdırılması, yeni müalicə üsulları, profilaktik tədbirlər və s. məsələlər müzakirə olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR