Bank Of Baku

Göyçayın kəndlərində qədim dövrə aid əşyalar tapılıb

Göyçayın kəndlərində qədim dövrə aid əşyalar tapılıb
# 11 mart 2009 14:40 (UTC +04:00)
Göyçay. Şahnəzər Bəşirov-APA. Göyçayın Yekəxana kəndinin ərazisindən qədim dövrə aid maddi-mədəniyyət nümunələri tapılıb. APA-nın yerli bürosunun xəbərinə görə, rayonun qədim yaşayış məntəqələrindən olan Yekəxana kəndində yaşayan Qasımov Yalçın həyətyanı sahəsində təsərrüfat işləri görərkən torpağın altından bir neçə saxsı küp və 10-a yaxın qədim məişət əşyası, müxtəlif növ təsərrüfat qabları, keramika məmulatları aşkar edib. O, torpaq qazıntısını dayandırıb və aşkar etdiyi mədəniyyət nümunələrini rayon tarix-diyarşünaslıq muzeyinə təhvil verib. Muzeyin direktoru Bəsti Sultanova bildirib ki, bir neçə ay öncə rayonun Ərəb kəndi ərazisindən də qədim yaşayış məskəninin qalıqları aşkarlanıb. Kənd sakinləri torpağın altından küp qəbirlər, insan skletləri, bəzək, məişət əşyaları, şüşə muncuqlar və digər saxsı qablar taparaq muzeyə veriblər: “Yekəxana və Ərəb kəndlərinin giriş hissəsində həmin ərazinin qədim yaşayış məskəni olmasını əks etdirən lövhə qoyulub. Ehtimal olunur ki, bu tapıntılar ilk orta əsrlər dövrünə, yəni bizim eranın III-V əsrlərinə aid maddi-mədəniyyət nümunələridir. Çünki tarixi mənbələrdə də qeyd olunur ki, Böyük Qafqaz sıra dağlarının cənub hissəsindəki ərazilərdə təxminən 1500 il əvvəl də yaşayış olub. Lakin həmin kəndlərdə bununla bağlı heç vaxt arxeoloji qazıntılar aparılmayıb".
B. Sultanova ərazinin qədimliyi barəsində ehtimallara, tarixi faktlara və maddi-mədəniyyət nümunələrinə daha dəqiq aydınlıq gətirilməsi üçün ərazidə tədqiqat işlərinin aparılmasına ciddi ehtiyac olduğunu bildirib. O, tapıntılar barəsində Mədəniyyət və Turizm Nazirliyinə məlumat verildiyini qeyd edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR