Bank Of Baku

Sumqayıtda Təhsil Nazirliyinin səyyar kollegiya iclası keçirilib

Sumqayıtda Təhsil Nazirliyinin səyyar kollegiya iclası keçirilib
# 11 mart 2009 14:51 (UTC +04:00)
Sumqayıt. İlhamə İsabalayeva-APA. Bu gün Sumqayıtda şəhər Təhsil Şöbəsi tərəfindən təhsil müəssisələrinin idarə olunmasında davamlı inkişafın təmin edilməsi ilə bağlı Təhsil Nazirliyinin geniş səyyar kollegiya iclası keçirilib. APA-nın xəbərinə görə, təhsil naziri Misir Mərdanov kollegiyada çıxış edib. Nazir bildirib ki, artıq bir neçə ildir ki, Sumqayıt şəhərinin təhsilin bütün parametrləri üzrə göstəriciləri respublikanın orta göstəricilərindən xeyli yüksəkdir. Onun sözlərinə görə, 2003-cü ildə Sumqayıtda 600-dən çox bal toplayan abituriyentlərin sayı 28 nəfər idisə, ötən il bu rəqəm 134-ə yüksəlib. Bundan əlavə, bu il Sumqayıtda keçirilən mərkəzləşdirilmiş sınaq imtahanlarında şagirdlər 54 faiz göstərici ilə çox yaxşı nəticələr əldə ediblər. M. Mərdanov buraxılış imtahanlarında bu göstəricinin 70-80 faizə yüksələcəyinə əmin olduğunu bildirib.
Nazir onu da deyib ki, artıq məktəblərdə istilik sistemləri bərpa edilir, çox növbəlilik ləğv olunur, ona görə də hazırda təhsilin keyfiyyətinə daha çox diqqət yetirmək niyyətindədirlər. M. Mərdanovun sözlərinə görə, Azərbaycanda şəxsiyyət yönümlü təhsil sisteminə keçilməkdədir: “Hesab edirik ki, bu işin başlanğıcı düzgündür. Amma bunun üçün çox işlər görmək lazımdır”.
Sumqayıt şəhər Təhsil Şöbəsinin müdiri Vidadi Bağırov isə kollegiya iştirakçılarına şəhərin təhsil sahəsində görülün işlər barədə geniş məlumat verib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR