Bank Of Baku

Bakı-Tiflis-Qars dəmir yolu üzərində yerləşən ali məktəblər əməkdaşlıq edəcəklər

Bakı-Tiflis-Qars dəmir yolu üzərində yerləşən ali məktəblər əməkdaşlıq edəcəklər
# 12 mart 2009 07:20 (UTC +04:00)
Naxçıvan. C. Qurbanoğlu—APA Bakı-Tiflis-Qars dəmir yolu üzərində yerləşən ali məktəblər «Dəmir ipək yolu» layihəsi üzrə elm, mədəniyyət və idman sahələrində əməkdaşlıq edəcəklər. Naxçıvan Dövlət Universitetinin (NDU) mətbuat xidmətinin rəhbəri Mehriban Sultanın APA-nın yerli bürosuna verdiyi məlumata görə, Türkiyə Respublikasının Qars Qafqaz Universitetinin təşəbbüsü əsasında rektorların iştirakı ilə keçirilən görüşdə Azərbaycandan Bakı, Naxçıvan və Gəncə Dövlət universitetləri, Gürcüstandan Tiflis Dövlət Universiteti və Axıska Dövlət Pedaqoji İnstitutu və Türkiyənin Qars Qafqaz Universitetinin sözügedən layihə əsasında birgə əməkdaşlıq perspektivləri müzakirə edilib.
Layihəyə əsasən Bakı-Tiflis-Qars-Naxçıvan dəmir yolu marşrutunu əhatə edən ərazilərdə arxeoloji, etnoqrafik və ekoloji xarakterli elmi araşdırmalar aparılacaq, tədqiqatların nəticələrinə dair birgə simpoziumlar keçiriləcək. Bundan əlavə layihə çərçivəsində universitetlər təmsil etdikləri ölkənin və xalqın milli mədəniyyətini əks etdirən mahnı və rəqs proqramları və idman yarışları nümayiş etdirəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR