Bank Of Baku

Türkiyə vətəndaşlarının Naxçıvan Dövlət Universitetinə qəbuluna dair qadağa ləğv edilə bilər

Türkiyə vətəndaşlarının Naxçıvan Dövlət Universitetinə qəbuluna dair qadağa ləğv edilə bilər
# 12 mart 2009 07:30 (UTC +04:00)
Naxçıvan. C. Qurbanoğlu—APA Türkiyə Ali Təhsil Şurasının (Yüksək Öyretim Kurulu) Türkiyə vətəndaşlarının Naxçıvan Dövlət Universitetinə (NDU) qəbul olunmasına dair qadağası ləğv edilə bilər. NDU-nun mətbuat xidmətinin rəhbəri Mehriban Sultanın APA-nın yerli bürosuna verdiyi məlumata görə, bununla bağlı qurumun sədr müavini professor-doktor İzzət Özgəncin rəhbərlik etdiyi nümayəndə heyəti NDU-da olub. Səfər zamanı heyət III-IV kurslarda təhsil alan türk tələbələri ilə təkbətək görüş keçirib, ali təhsil ocağının mövcud təhsil imkanları ilə tanış olublar.
Naxçıvan Muxtar Respublikasına səfərinin məqsədinin adıçəkilən təhsil ocağına qəbul prosesinin dayandırılması səbəblərinin obyektiv araşdırılması olduğunu bildirən İ. Özgənc araşdırmaların nəticəsi müzakirə olunandan sonra qərar veriləcəyini deyib.
Onun sözlərinə görə, araşdırmalar Türkiyə vətəndaşlarının NDU-da təhsil almasına heç bir ciddi maneə olmadığını təsdiq edəcəyi təqdirdə, türkiyəlilərin bu ali təhsil ocağına qəbuluna razılıq veriləcək.
Səfəri çərçivəsində nümayəndə heyətini Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov da qəbul edib. Görüşdə türkiyəli tələblərin yenidən NDU-nun Tələbə Seçmə və Yerləşdirmə Sistemi Kataloquna daxil edilməsi, diplomların qarşılıqlı tanınması və digər məsələlər müzakirə edilib.
Qeyd edək ki, 2006-cı ildən Türkiyə Respublikasının Ali Təhsil Şurası (YÖK) Türkiyə vətəndaşlarının NDU-ya qəbuluna qadağa qoyub. Səbəb kimi təhsil sistemində və şəraitdə olan fərqlər göstərilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR