Bank Of Baku

Son üç ildə Lənkəranda 14 yeni məktəb binası tikilib

Son üç ildə Lənkəranda 14 yeni məktəb binası tikilib
# 12 mart 2009 07:58 (UTC +04:00)
Lənkəran. Ağəddin Babayev-APA. “Ötən beş il Lənkəranın təhsil sistemində bir sıra yenidənqurma işləri ilə yadda qalıb”. Bu barədə APA-nın cənub bürosuna məlumat verən şəhər Təhsil Şöbəsinin müdiri Səmədağa Abdullayev bildirib ki, regionların sosial-iqtisadi inkişafı üzrə Dövlət Proqramı (2004-2008-ci illər) çərçivəsində rayonda 18 yeni məktəb binası tikilərək istifadəyə verilib. Bu məktəblərdən 14-ü son 3 il ərzində inşa edilib. Yeni məktəblərdən 9-u Heydər Əliyev Fondunun vəsaiti hesabına tikilib. S. Abdullayevin sözlərinə görə, 25 il ərzində Lənkəranda inşa olunan 26 məktəb binasından 18-i ötən 5 ilin payına düşür. Həmçinin Osman Mirzəyev adına qarışıq tipli uşaq evi Heydər Əliyev Fondu tərəfindən əsaslı şəkildə yenidən qurularaq, ən müasir avadanlıq və tədris ləvazimatları ilə təchiz edilib, Şilavar kənd orta məktəbində isə 60 yerlik sinif otağı əsaslı təmir olunub. Dövlət vəsaiti hesabına Separadi kənd orta məktəbində 180, Liman şəhər 2 saylı orta məktəbində 60, Şirinsu qəsəbə orta məktəbində 120 şagird yerlik əlavə sinif otaqları tikilib. Şəhər 5 saylı orta məktəb və Lənkəran Dövlət Universitetinin humanitar fakültəsinin, Lənkəran Humanitar Kollecinin binaları əsaslı təmir edilib. Hazırda isə qəza vəziyyətində olan Rvo kənd orta məktəbi üçün yeni binanın tikintisi gedir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR