Bank Of Baku

ABŞ mütəxəssisləri azərbaycanlı baytarlara tədris kursu keçəcəklər

ABŞ mütəxəssisləri azərbaycanlı baytarlara tədris kursu keçəcəklər
# 12 mart 2009 08:02 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva-APA. ABŞ səfirliyi Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti ilə əməkdaşlıq çərçivəsində 150 baytar və Azərbaycan Kənd Təsərrüfatı Akademiyasının 30 tələbəsi üçün tədris proqramı təqdim edib. APA-nın məlumatına görə, heyvanların xəstələnməsinin qarşısının alınması, həmçinin “quş qripi” kimi təhlükəli xəstəliklərə qarşı mübarizə çərçivəsində təcrübə mübadiləsi aparmaq üçün ABŞ-dan Azərbaycana bir qrup aparıcı mütəxəssis gəlib. İki həftəlik tədris layihəsi ABŞ Səfirliyin Təhlükənin Azaldılması üzrə Müdafiə ofisi (TAMO) tərəfindən təşkil olunub. Tədris kursunu aparacaq qrupa İllinoys Universiteti, Nebraska Universiteti, Konnektikut Universiteti və Ohayo Universitetinin mütəxəssisləri daxildir. Tədris kursunun açılış mərasimində çıxış edən səfir Ann Dersi bildirib ki, Azərbaycanla ABŞ müxtəlif sahələrdə əməkdaşlıq edirlər və bu kurs treninq-seminarlar çərçivəsində ilk belə tədbirdir. Bu treninq-seminarlar təhlükəli infeksion xəstəliklərə qarşı mübarizədə ABŞ-la Azərbaycan arasında əməkdaşlığı genişləndirəcək. Tədbirdə Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin rəisi İsmayıl Həsənov da iştirak edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR