Bank Of Baku

Azərbaycanda bələdiyyələrin əhalinin maarifləndirilməsi imkanlarının yaxşılaşdırılması ilə bağlı layihəsi həyata keçiriləcək

Azərbaycanda bələdiyyələrin əhalinin maarifləndirilməsi imkanlarının yaxşılaşdırılması ilə bağlı layihəsi həyata keçiriləcək
# 12 mart 2009 10:52 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azad İstehlakçılar Birliyi (AİB) «Azərbaycanda bələdiyyələrin əhalinin maarifləndirilməsi və xidmətlərin göstərilməsi sahəsində imkanlarının yaxşılaşdırılması Layihəsi»nin icrasına hazırlaşır. «APA-Economics»in məlumatına görə, bunu AİB-in sədri Eyyub Hüseynov bildirib.
E.Hüseynovun sözlərinə görə, 2 il davam edəcək layihə Saatlı, Sabirabad, Neftçala və bir sıra digər rayonları əhatə edəcək: «Biz artıq bu rayonların ucqar kəndlərinin bələdiyyələri ilə görüşlər keçirib, əhalinin əsas ehtiyaclarını öyrənmişik. Nəticədə, bir çox kəndlərdə yolların, bələdiyyələrin inzibati binalarının, tibb məntəqələri və sosial obyektlərin olmaması, qaz, işıq və bir sıra digər problemlərin üzə çıxması məlum olub».
E.Hüseynov həmçinin bildirib ki, layihə 200 min avro məbləğində qiymətləndirilir. Bunun 25%-i AİB, qalan hissəsi isə Avropa Komissiyası tərəfindən ayrılacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR