Bank Of Baku

Lerikdə təbii fəlakətin nəticələri aradan qaldırılıb

Lerikdə təbii fəlakətin nəticələri aradan qaldırılıb
# 30 mart 2009 12:44 (UTC +04:00)
Lerik. Ağəddin Babayev – APA. ”Martın 9, 12 və 24 – də baş verən qasırğadan rayona dəyən ziyanın nəticələrini əsasən daxili imkanlar hesabına aradan qaldırmağa nail olduq”. Bunu APA-nın cənub bürosuna məlumatında Lerik rayon İcra Hakimiyyəti başçısının müavini, Fövqəladə Hallar üzrə Komissiyanın sədri Habil Məlikov deyib. Onun sözlərinə görə, təkcə martın 24-də sonuncu qasırğa zamanı rayonun iqtisadiyyatına böyük ziyan dəyib. 300-dək elektrik və 120-dən çox telefon dirəyinin aşması, 13 kilometrədək elektrik və 5 kilometrlik telefon naqillərinin qırılması ucbatından rayon bir sutkadan çox tamamilə işıqsız qalıb, bir sıra yaşayış məntəqələri ilə telefon rabitəsi kəsilib. Qasırğa həmçinin rayondakı 200-dən çox fərdi və kommunal evlərin, ictimai obyektlərin dam örtüyünü uçurub. Rayon İcra Hakimiyyətinə təbii fəlakətdən ziyan çəkən 100-ə yaxın vətəndaşdan ərizə daxil olub. Habil Məlikovun sözlərinə görə, qasırğanın nəticələri artıq tamamilə aradan qaldırılıb. Bütün yaşayış məntəqələrinə elektrik enerjisinin fasiləsiz verilişi bərpa olunub. Telefon rabitəsindəki nasazlıqlar da öz həllini tapıb. Həm də bütün bu işlər rayonun daxili imkanları hesabına həyata keçirilib. “Azərenerji” 3 dəfə baş verən təbii fəlakətə görə rayonumuza 50-dək elektrik dirəyi göndərib. Qalan dirəkləri isə meşə materiallarından hazırlayıb quraşdırmaq məcburiyyətində qaldıq”.
H. Məlikov həmçinin fərdi yaşayış binalarının dam örtüklərinin də daxili imkanlarla bərpa olunduğunu, rayonun ən ekstremal şəraitə hər an hazır olduğunu diqqətə çatdırıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR