Bank Of Baku

Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun “Difai” kitabının təqdimatı olub

Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun “Difai” kitabının təqdimatı olub
# 30 mart 2009 13:07 (UTC +04:00)
Gəncə. Nəzakət Məşədiəliqızı-APA. Gəncədə 31 mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş dəyirmi masa keçirilib. APA-nın Qərb bürosunun məlumatına görə, tədbirdə Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov “Difai” və Gəncə Dövlət Universitetinin müəllimləri Asif Cavadov və Mübariz Əliyevin “Azərbaycan 16 - 18-ci əsrin birinci yarısında” kitablarının təqdimatı keçirilib. Eldar Əzizov APA-ya bildirib ki, 2 il bundan öncə 31 mart – Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı keçirilən tədbirdə müxtəlif mövzular müzakirə edilib və “Difahi” təşkilatı haqqında kitab hazırlamaq təklif olunub: “Mən bu işin məsuliyyətini öz üzərimə götürdüm. Bilirsiniz ki, Sovetlər dövründə “Difai” təşkilatı ilə bağlı araşdırma aparmaq mümkün deyildi. Lakin müstəqillik dövründə bu mümkündür və biz arxivləri araşdıraraq çətinliklə də olsa lazımı materiallar əldə elədik və bu kitabı çap etdirdik. “Difai” təşkilatının heç də terror təşkilatı kimi qəbul etmək olmaz. Təşkilat “Daşnaksütün“ partiyası yaradılandan sonra onlara qarşı antiterror təşkilatı kimi yaradılıb. “Difai”nin mənası da “Müdafiə” deməkdir. “Difai” təşkilatının liderləri o zamanlar əsasən əhalini maarifləndirirdilər”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR