Bank Of Baku

Budaq Budaqov yenidən Respublika Ağsaqqallar Şurasının sədri seçilib

Budaq Budaqov yenidən Respublika Ağsaqqallar Şurasının sədri seçilib
# 30 mart 2009 15:26 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva – APA. Bu gün Azərbaycan Milli Elmlər Akademiyasında Respublika Ağsaqqallar Şurasının V qurultayı keçirilib. APA-nın məlumatına görə, qurultayda qurumun sədri, akademik Budaq Budaqovun, təftiş və mandat komissiyalarının hesabatları dinlənilib. B. Budaqov bildirib ki, Respublika Ağsaqqallar Şurasının martın 29-da keçirilən qurultayqabağı toplantısında ölkə prezidenti İlham Əliyev şuranın fəxri ağsaqqalı seçilib. Toplantıda Respublika Ağsaqqallar Şurasının rəmzləri- himni, döş nişanı, bayrağı və loqotipi təsdiq edilib, nizamnaməsinə əlavə və dəyişikliklər edilib. Qurultayda sədr vəzifəsinə səsvermə keçirilib və B. Budaqov yenidən şuranın sədri, millət vəkili Fəttah Heydərov, Azərbaycan Dövlət İqtisad Universitetinin professoru Əli Həsənov və “Gəncəli” şirkətinin təsisçisi, baş direktoru Bayram Yusifov sədrin müavinləri seçilib.

Qurultayın sonunda respublika ağsaqqallarının İ. Əliyevə onun yürütdüyü daxili, xarici və gənclər siyasətini dəstəkləyən müraciəti qəbul olunub.
Qeyd edək ki, B. Budaqov bundan əvvəlki iki qurultayda şuraya sədr seçilib. 1993-cü ildə təsis edilən Respublika Ağsaqqallar Şurası mərhum akademik İmam Mustafayevin təşəbbüsü ilə yaradılıb. Şuranın IV qurultayı 2002-ci ildə keçirilib. Təşkilatın 10 minə qədər üzvi var.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR