Bank Of Baku

Türkiyəli iş adamları Lənkərana gəlib

Türkiyəli iş adamları Lənkərana gəlib
# 30 mart 2009 15:31 (UTC +04:00)
Lənkəran. Ağəddin Babayev – APA. Azərbaycan Respublikasının İstanbuldakı Baş Konsulluğunun təşkilatçılığı ilə Türkiyə-Azərbaycan İş Konseyininin nümayəndə heyəti bu gün Lənkərana gəlib. APA-nın cənub bürosunun məlumatına görə, qonaqlar öncə Lənkəran şəhər İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov tərəfindən qəbul olunub. S. Mikayılov rayonun sosial-iqtisadi potensialı, turizm perspektivləri və çayçılığın inkişafı və bərpası istiqamətində nəzərdə tutulmuş tədbirlərdən söz açıb. O, bu işlərdə xarici investorların yardımına ehtiyac duyulduğunu, onların fəaliyyəti üçün regionda münbit şəraitin mövcud olduğunu, buradakı Beynəlxalq Hava Limanı vasitəsilə hər hansı layihənin gerçəkləşməsinin mümkünlüyünü qeyd edib. Türkiyə - Azərbaycan İş Konseyinin başqanı Çingiz Gül isə bu səfərin hələlik tanışlıq xarakteri daşıdığını, bununla belə, türk iş adamlarının Lənkəranın iqtisadiyyatına, o cümlədən çayçılığın, sitrusçuluğun və turizmin inkişafına yatırım qoymaqda maraqlı olduqlarını diqqətə çatdırıb.
Görüşdə Azərbaycanın İstanbuldakı Baş Konsulu Səyyad Aran da iştirak edib.
İki günlük səfər müddətində türkiyəli qonaqlar Lənkəranla tanış olmağı nəzərdə tutublar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR