Bank Of Baku

Salyan və Hacıqabulda soyqırım qurbanları anılıb

Salyan və Hacıqabulda soyqırım qurbanları anılıb
# 31 mart 2009 09:49 (UTC +04:00)
Salyan, Hacıqabul. Əlibəy Zeynallı - APA. Hacıqabul rayonunda 31 mart – Azərbaycanlıların Soyqırım Gününə həsr olunmuş elmi-praktik konfrans keçirilib. Rayon İcra Hakimiyyətinin mətbuat xidmətinin rəhbəri Əsabir Məmmədovun APA-nın Mil-Muğan bürosuna verdiyi məlumata görə, konfransda çıxış edən məruzəçilər və tarixi faktları araşdıran mütəxəssislər qeyd ediblər ki, 1918-ci il martın 31-də ermənilərin vəhşilikləri yalnız Bakı ilə məhdudlaşmayıb. Salyan, Hacıqabul, Muğan bölgələrinə də bolşevik-erməni silahlı dəstələri basqınlar ediblər. Hacıqabul rayonunun Nəvahi kəndində yüzlərlə azərbaycanlı qətlə yetirilib.

Soyqırım günü ilə əlaqədar Salyanda da tədbir keçirilib. Rayonda ucaldılmış soyqırım abidəsinin və Salyan rayonunda şəhid olmuş naməlum türk əsgərinin məzarı ziyarət edilib. Daha sonra rayonun Rəsm Qalereyasında uşaqların soyqırım gününə həsr olunmuş rəsmləri nümayiş etdirilib və sonda elmi-praktik konfrans təşkil olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR