Bank Of Baku

Gənclər və İdman Nazirliyində 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı internet-aksiya keçirilib

Gənclər və İdman Nazirliyində 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı internet-aksiya keçirilib
# 31 mart 2009 10:03 (UTC +04:00)
Bakı. Elnur Məmmədli-APA. 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı Gənclər və İdman Nazirliyində internet-aksiya keçirilib. APA-nın məlumatına görə, internet-aksiyada çıxış edən gənclər və idman naziri Azad Rəhimov bildirib ki, artıq üçüncü ildir nazirliyin və Azərbaycanda fəaliyyət göstərən gənclər təşkilatlarının təşəbbüsü ilə analoji aksiya keçirilir. Bu il keçirilən aksiya “Gənclər terror əleyhinə” şərti adı altında təşkil olunub. A. Rəhimovun sözlərinə görə, aksiya çərçivəsində 1918-ci ildə Azərbaycanda ermənilərin törətdiyi soyqırımı ilə bağlı dünyada fəaliyyət göstərən müxtəlif siyasi təşkilatlara, parlamentlərə, ayrı-ayrı deputatlara, məşhur insanlara elektron məktub göndəriləcək. Ümumilikdə 15 min elektron ünvana soyqırımı ilə bağlı məktubun göndərilməsi nəzərdə tutulub. A. Rəhimov bu aksiyanın aprelin 24-nə kimi davam edəcəyini deyib. Aksiyada ilk məktubu nazir özü göndərib. Nazirin məktubu Avropa Parlamentinə və bu parlamentin deputatlarına ünvanlanıb. Tədbirdə ayrı-ayrı gənclər təşkilatlarının rəhbərləri, ali məktəblərin tələbələri iştirak edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR