Bank Of Baku

Hicran Hüseynova Belçika Senatının nümayəndə heyətini qəbul edib

Hicran Hüseynova Belçika Senatının nümayəndə heyətini qəbul edib
# 31 mart 2009 10:46 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Belçika Krallığı Senatının Qadın-Kişi Hüquqlarının Bərabərliyi üzrə Məsləhət Şurasının sədri Tilmans Conardın rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanın Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova ilə görüşüb. APA-nın məlumatına görə, H. Hüseynova qonaqlara bildirib ki, bu gün Azərbaycanda soyqırım günüdür. 1918-ci ildə ermənilərin azərbaycanlılara qarşı soyqırım törətdiyini deyən H. Hüseynova bu siyasətin indiki dövrdə də davam etdiyini söyləyib. Komitə sədri son illər Azərbaycanda gender bərabərliyi istiqamətində önəmli addımlar atıldığını da vurğulayıb: “Azərbaycan şərqdə ilk demokratik respublika quran ölkədir. Azərbaycanda qadınlara kişilərlə bərabər seçki hüququ ilk dəfə 1918-ci ildə verilib. 1993-cü ildən bəri isə qadınların idarəçilikdə irəli çəkilməsi tendensiyası sürətlənib”.

Senator Tilmans Conard Azərbaycanı yaxından tanımaq üçün Bakıya gəldiklərini deyib. O bildirib ki, Azərbaycana gələnə qədər Qarabağ problemi, bu problemin azərbaycanlılara yaratdığı sıxıntılarla bağlı ətraflı bilgisi olmayıb: “Burada müşahidə etdiklərimizdən sonra problemi daha fərqli baxışlarla anlaya bilirik. Bu mövzuya öz Senatımızda daha həssas yanaşmağa çalışacağıq. Qadın olaraq bu problemin çözülə biləcəyinə inanıram”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR