Bank Of Baku

Azərbaycanla Rusiyanın Tambov vilayəti arasında hökumətlərarası sazişin imzalanacağı gözlənilir

Azərbaycanla Rusiyanın Tambov vilayəti arasında hökumətlərarası sazişin imzalanacağı gözlənilir
# 31 mart 2009 11:20 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva – APA. Bu il ərzində Azərbaycanla Rusiyanın Tambov vilayəti arasında ticarət-texniki və humanitar əməkdaşlıq haqqında hökumətlərarası sazişin imzalanacağı gözlənilir. APA-nın xəbərinə görə, bunu Azərbaycanda səfərdə olan Tambov vilayət hökumətinin beynəlxalq və regionlararası əlaqələr idarəsinin rəisi Oleq Kadıkov deyib. O bildirib ki, sazişin imzalanmasından sonra vilayət qubernatoru Oleq Betin Azərbaycana səfər edəcək. O. Kadıkov Azərbaycana dəmir yolu və metropoliten üçün ehtiyat hissələr, eləcə də kənd təsərrüfatı texnikası satmaqda maraqlı olduqlarını, Tambovda Azərbaycanla birlikdə logistik mərkəzin yaradılması məsələsini də müzakirə etdiklərini söyləyib.

Mətbuat konfransında iştirak edən Rusiyanın Azərbaycandakı ticarət nümayəndəsi Yuri Şedrin Azərbaycanla Tambov arasında ticarət dövriyyəsinin 3,5 milyon dollar təşkil etdiyini açıqlayaraq hökumətlərarası sazişin imzalanmasından sonra bu miqdarın artacağını və bir il sonra 10 milyon dollara yüksələcəyini vurğulayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR