Bank Of Baku

Lənkəranda soyqırım günü qeyd olunub

Lənkəranda soyqırım günü qeyd olunub
# 31 mart 2009 11:39 (UTC +04:00)
Lənkəran. Ağəddin Babayev – APA. Martın 31-də Lənkəranda soyqırım gününə həsr olunmuş silsilə tədbirlər keçirilib. APA-nın cənub bürosunun məlumatına görə, Lənkəran Dövlət Universitetində, Lənkəran Dövlət Humanitar Kollecində, Lənkəran Tibb Texnikumunda, eləcə də şəhərin və rayonun ümumtəhsil məktəblərində ilk dərslərdə soyqırım barədə mühazirələr dinlənilib. Rayonun icra strukturlarının, hüquq-mühafizə orqanlarının, müəssisə və təşkilatlarının rəhbərləri, ictimaiyyətin nümayəndələri isə soyqırımı qurbanlarının xatirəsi şərəfinə ucaldılmış abidənin önünə əklil, gül-çiçək dəstələri düzməklə faciə qurbanlarının ruhuna ehtiramlarını ifadə ediblər. Heydər Əliyev İdarəçilik Məktəbində soyqırımla bağlı dəyirmi masa keçirilib. Bakı Dövlət Universitetinin professoru Anar İsgəndərov dəyirmi masada məruzə ilə çıxış edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR