Bank Of Baku

AMEA Tarix İnstitutunun direktoru Yaqub Mahmudov: “Azərbaycan ərazisindəki toplu məzarlıqların hamısı açılmalıdır”

AMEA Tarix İnstitutunun direktoru Yaqub Mahmudov: “Azərbaycan ərazisindəki toplu məzarlıqların hamısı açılmalıdır”
# 31 mart 2009 12:29 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva – APA. Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının Abbasqulu ağa Bakıxanov adına Tarix İnstitutunun Elmi Şurasının genişləndirilmiş iclası keçirilib. APA-nın məlumatına görə, iclasda ermənilər tərəfindən 1918-ci il martın 31-də Azərbaycan xalqına qarşı törədilən soyqırımı müzakirə edilib, eyni zamanda, Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondunun sifarişi ilə Bişkekdə nəşr olunmuş “Ermənilərin Azərbaycan torpağında törətdiyi əməllər barədə tarixi faktlar” kitabı və “Ədəbiyyat və incəsənət məsələlər” jurnalının təqdimatı keçirilib.

Tarix İnstitutunun direktoru Yaqub Mahmudov bildirib ki, Azərbaycan xalqı 31 martı yalnız bu gündə deyil, təqvimin bütün günlərində yada salmalıdır: “Bu günü unutmağa heç bir azərbaycanlının və müsəlmanın haqqı yoxdur. Çünki həmin gün ermənilər Azərbaycan türkü olduğu üçün onlara qarşı dünya tarixində görünməmiş vəhşiliklər edib. Dövlət səviyyəsində verilmiş tapşırıq əsasında Azərbaycan xalqının qırılmasına başlanılıb. Bu gün Azərbaycan ərazisinin xeyli hissəsi toplu məzarlıqlarla doludur. Həmin məzarlıqların hamısı açılmalı, bu məzarlıqları yaradan tarixi şərait araşdırılmalıdır”. Azərbaycan tarixi həqiqətlərini dünyaya tanıtmaq baxımından “Ermənilərin Azərbaycan torpağında törətdiyi əməllər barədə tarixi faktlar” kitabının nəşrini əhəmiyyətli sayan Y. Mahmudovun sözlərinə görə, yeni nəşr artıq internetdə yerləşdirilib. Tarix İnstitutunun beynəlxalq münasibətlər şöbəsinin müdiri, professor Səyyad Səyyadov isə təklif edib ki, belə təqdimatlar yalnız institutda deyil, türkdilli dövlətlərdə də təşkil olunmalıdır. O, həm də təklif edib ki, Azərbaycan-Ermənistan münaqişəsi ilə bağlı mütəmadi tədbirlərin keçirilməsi məqsədi ilə alimlərin təmsil olunduğu ideoloji qurum yaradılmalıdır. Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondunun prezidenti Nüsrət Məmmədov isə yeni vəsaitlərin çapında göstərdiyi köməyə görə Bakıda fəaliyyət göstərən “Qəmərlə İlkin” firmasına, Səbayel rayon bələdiyyəsinə təşəkkür edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR