Bank Of Baku

31 mart soyqırımı zamanı ermənilər tərəfindən qətlə yetirilən azərbaycanlıların siyahısı dünya ölkələrinə yayımlanacaq

31 mart soyqırımı zamanı ermənilər tərəfindən qətlə yetirilən azərbaycanlıların siyahısı dünya ölkələrinə yayımlanacaq
# 31 mart 2009 13:46 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva-APA. Azərbaycan Milli Elmlər Akademiyasının Abbasqulu ağa Bakıxanov adına Tarix İnstitutu yaxın vaxtlarda İrəvan xanlığının tarixini çap edəcək. APA-nın məlumatına görə, Tarix İnstitutunun direktoru Yaqub Mahmudov bildirib ki, yeni vəsaitdə İrəvana nə qədər erməninin köçürüldüyü, köçürülməni nə zaman baş verməsi ilə bağlı bütün məlumatlar öz əksini tapacaq: “Bu xanlığın tarixi çox vacibdir. Çünki ermənilər 1918-ci ildə orada dövlət yaradıblar”.

Yaqub Mahmudov qeyd edib ki, artıq 6 cilddə “Qarabağ tarixi” 6 dildə, eyni zamanda “Naxçıvan tarixi abidələri”, Ermənistan ərazisində Ermənistan SSRİ Ali Soveti Rəyasət Heyətinin qərarı ilə dəyişdirilən yer adları ingilis və digər dillərdə çap edilərək dünyaya yayılıb. Y. Mahmudov hazırda Azərbaycan tədqiqatçılarının bütün səylərini itirilmiş torpaqlarımızın tarixinə yönəldiyini də söyləyib. Onun sözlərinə görə, 31 martla bağlı ən qiymətli arxiv materialları da Azərbaycandadır: “Fətəli xan Xoyski və Azərbaycan Xalq Cümhuriyyətinin görkəmli xadimlərinin ruhu şad olsun. Onlar o zaman od-alov içərisində fövqəladə tədqiqat komissiyası yaradaraq siyahıyaalma keçiriblər. Soyqırımın qurbanı olan bütün insanlar siyahıya alınıb. Düzdür, bu iş tam başa çatdırılmayıb, amma hamısının ad, familiyası, yaşı, əmlakı ilə bağlı protokollar var. Həmin sənədləri biz çap edərək dünyaya yaymalıyıq. Hazırda bu istiqamətdə işlər aparılır. Siyahının bu il ərzində açıqlanması nəzərdə tutulur”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR