Bank Of Baku

Azərbaycan sənayesində orta aylıq əmək haqqının artımı əsasən dövlət müəssisələri hesabına təmin olunur

Azərbaycan sənayesində orta aylıq əmək haqqının artımı əsasən dövlət müəssisələri hesabına təmin olunur
# 31 mart 2009 14:09 (UTC +04:00)
Bakı. Vüqar İsrafilov – APA-Economics. Azərbaycan sənayesində çalışan işçilərin orta aylıq əmək haqqı son bir ildə 48,9 manat və ya 12,73% artaraq ilk dəfə 432,9 manata çatıb. Bu barədə «APA-Economics»ə Dövlət Statistika Komitəsindən (DSK) məlumat verilib.

Dövlət Komitəsindən bildirilib ki, fevral ayı üzrə aparılan hesablamalara əsasən, sənaye müəssisələrində ödənilən əmək haqları orta ölkə göstəricisini (291 manat) 49% üstələyir. Ölkə iqtisadiyyatında çalışan işçilərin orta aylıq əmək haqqı nisbətən az olsa da, bu göstəricinin əvvəlki ilin müvafiq dövrünə nisbətən artım tempi sənayedəki əmək haqlarının artım dinamikasından iki dəfə çox - 26,4% təşkil edib.

Maraqlıdır ki, ənənəvi olaraq daha yüksək orta aylıq əmək haqları ilə seçilən sənayedə müsbət dinamika əsasən dövlət mülkiyyətində olan müəssisələr hesabına təmin olunub. Belə ki, sənaye üzrə dövlət sektorunda əmək haqları son bir ildə 19,85% artıb – 317,9 manatdan 381 manatadək, halbuki özəl sektorda müsbət dinamika 4,15% olub – 494,1 manatdan 514,6 manatadək.

Qeyd edək ki, ən yüksək əmək haqları neft sektorunda qeydə alınıb. Bu sahədə əcnəbi vətəndaşların orta aylıq əmək haqqı son bir ildə 43,6% - 18 542,88 manatdan 10 462,6 manatadək ensə də, neft sənayesinin müəssisə və şirkətlərində çalışan Azərbaycan vətəndaşlarının maaşları əksinə, 17% artıb – 628,8 manatdan 735,7 manatadək. Bu zaman yerli və xarici işçilərin məvacibləri arasında fərq 29,5 dəfədən 14,2 dəfəyədək azalıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR