Bank Of Baku

Azərbaycan hökuməti dövlət qulluqçularının peşə təhsilinin maliyyə təminatı qaydalarını təsdiqləyib

Azərbaycan hökuməti dövlət qulluqçularının peşə təhsilinin maliyyə təminatı qaydalarını təsdiqləyib
# 31 mart 2009 14:12 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycan Nazirlər Kabineti «Dövlət qulluqçusunun əlavə peşə təhsilinin növü, forması, müddəti və maliyyə təminatı Qaydaları»nı təsdiqləyib. Bu barədə «APA-Economics»ə Nazirlər Kabinetindən məlumat verilib.

Qaydalara əsasən, cari il üçün əlavə peşə təhsili keçəcək dövlət qulluqçularının sayı və peşə təhsili keçirilməsi zəruri olan ixtisas və vəzifələrə dair məlumatlar hər ilin may ayının sonuna qədər Prezident yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyaya təqdim olunmalıdır. Daimi dövlət qulluğuna qəbul edilmiş dövlət qulluqçuları və ya dövlət qulluğuna qəbul edilmə vaxtından 1 il keçdikdən sonra dövlət qulluqçuları ixtisasartırma kurslarına göndərilə bilər.

Dövlət qulluqçusuna təcrübə keçmə üzrə 15 günədək, ixtisasartırma keçmə üzrə 4 ayadək, yenidənhazırlanma keçmə üzrə isə təhsil başa çatanadək müddət verilməlidir.

Qaydalarda qeyd olunur ki, dövlət qulluqçusu qulluq keçmədən ayrılmaqla respublika daxilində ixtisasartırma kursuna göndərildikdə, müvafiq yataqxana ilə təmin edilmədikdə, ona birinci ay üçün qulluq keçdiyi orqan tərəfindən qanunvericiliyə uyğun olaraq ezamiyyə xərcləri, ixtisasartırma keçdiyi dövrün ikinci ayından etibarən isə aylıq vəzifə maaşının 70%-i məbləğində aylıq təqaüd ödənilməlidir. O, ixtisasartırma keçmə zamanı yataqxana ilə təmin edildikdə, ona qulluq keçdiyi orqan tərəfindən qanunvericiliklə müəyyən edilmiş ezamiyyə xərclərinin gündəlik yemək xərci məbləğində vəsait ödənilməlidir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR