Bank Of Baku

Beynəlxalq Elm Olimpiadası bu ilin dekabrında Bakıda keçiriləcək

Beynəlxalq Elm Olimpiadası bu ilin dekabrında Bakıda keçiriləcək
# 31 mart 2009 14:21 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Beynəlxalq Elm Olimpiadası bu ilin dekabrında Bakıda keçiriləcək. Gənclər və İdman nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, artıq Olimpiadanın loqosu hazırdır. Bütün türk dünyası, Şərqi-Asiya ölkələrinə çox yaxşı tanış olan və özündə alovun dilini, gülü, həyatın başlanğıcını, yüksəlişə olan qüvvə, dəyişikliyi cəm edən “Buta” simvolu loqonun əsasını təşkil edir.
Loqodakı 6 rəqəmi olimpiadanın neçənci dəfə keçirilməsini, 9 rəqəmi isə keçirilmə ilini göstərir. Olimpiada Heydər Əliyev Fondu, Gənclər və İdman Nazirliyi, Təhsil Nazirliyi və Çağ Öyrətim İşlətmələrinin birgə səyi ilə həyata keçiriləcək. Dünyanın 4 ölkəsində - İndoneziya, Braziliya Koreya, Tayvanda 5 dəfə (İndoneziyada 2 dəfə olub) keçirilən olimpiadadan sonra Azərbaycan 6-cı ölkə olaraq bu mötəbər tədbirə ev sahibliyi edəcək. Qeyd edək ki, olimpiadaya dünyanın 50-dən çox ölkəsindən 15 yaşlı yeniyetmələr qatılacaq. Sualların ingilis dilində olacağı olimpiadada yeniyetmələr eyni vaxtda fizika, kimya və biologiya fənləri üzrə qalibiyyət uğrunda mübarizə aparacaqlar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR