Bank Of Baku

Azərbaycanda almanların məskunlaşmasının 190 illiyinə həsr olunmuş beynəlxalq elmi-praktik konfrans keçiriləcək

Azərbaycanda almanların məskunlaşmasının 190 illiyinə həsr olunmuş beynəlxalq elmi-praktik konfrans keçiriləcək
# 31 mart 2009 15:16 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Azərbaycanda almanların məskunlaşmasının 190 illiyinə həsr olunmuş “Almanlar Azərbaycanda” mövzusunda beynəlxalq elmi-praktik konfrans və fotosərgi keçiriləcək. Tədbirin Mədəniyyət və Turizm Nazirliyi, Bakı Slavyan Universiteti və Alman-Azərbaycan Cəmiyyətinin təşkilatçılığı ilə Bakı Slavyan Universitetində keçirilməsi nəzərdə tutulur. BSU-nun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, konfransın davamı aprelin 12-də Göy-Göl rayonu Alman-Azərbaycan Mədəniyyət Mərkəzində keçiriləcək. Konfransda Ankara Qazi Universiteti (Türkiyə), Almaniya Bonn Universiteti, Rusiya Almanların elmi Araşdırma Cəmiyyəti - “Moskva-Berlin”, Tiflis Universiteti (Gürcüstan), həmçinin AMEA-nın institutları, Bakı Dövlət Universiteti, Azərbaycan Respublikasının Prezidenti yanında İdarəetmə Akademiyası, Bakı Dövlət Tibb Universiteti, Qərb Universiteti, Azərbaycan Dövlət Arxivi və bu kimi digər elm və təhsil ocaqlarından çox sayda qonaqlar iştirak edəcəklər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR