Bank Of Baku

Bakıda ünvanlı sosial yardım sisteminə həsr olunmuş beynəlxalq konfrans keçiriləcək

Bakıda ünvanlı sosial yardım sisteminə həsr olunmuş beynəlxalq konfrans keçiriləcək
# 31 mart 2009 15:16 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva - APA. Aprelin 23-də Bakıda “Sosial yardım, sosial reabilitasiya və davamlı inkişaf” mövzusunda beynəlxalq elmi-praktiki konfrans keçiriləcək. Bu barədə APA-ya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yoxsulluq problemləri və ünvanlı sosial yardım siyasəti şöbəsinin müdiri Natiq Qasımov məlumat verib. N. Qasımov bildirib ki, konfransda Dünya Bankının dəstəyi ilə ölkənin 7 min ev təsərrüfatında aparılan monitorinqin yekunları açıqlanacaq.

Bu monitorinqin nəticələri əsasında ünvanlı sosial yardım mexanizminə dəyişikliklərin edilməsi nəzərdə tutulur. Tədbirdə beynəlxalq ekspertlər, inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrin mütəxəssisləri, ölkənin müvafiq dövlət və qeyri-dövlət qurumları iştirak edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR