Bank Of Baku

“Gənclər Sivilizasiyaların İttifaqı Uğrunda” Beynəlxalq hərəkatı BMT-nin rəsmi platforması kimi təsis ediləcək

“Gənclər Sivilizasiyaların İttifaqı Uğrunda” Beynəlxalq hərəkatı BMT-nin rəsmi platforması kimi təsis ediləcək
# 31 mart 2009 16:03 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva-APA. Aprelin 6-7-də İstanbulda (Türkiyə) BMT Sivilizasiyaların Alyansı (SA) təşəbbüsünün II Qlobal Forumu keçiriləcək. Dialoq və Əməkdaşlıq Uğrunda İslam Konfransı Gənclər Forumunun (DƏ İKGF) katibliyindən APA-ya verilən məlumata görə, forumda “Gənclər Sivilizasiyaların İttifaqı Uğrunda” Beynəlxalq hərəkatı təqdim olunacaq. Hərəkat bundan sonra BMT-nin rəsmi platforması kimi fəaliyyət göstərəcək. BMT Sivilizasiyaların Alyansı Katibliyi ilə Dialoq və Əməkdaşlıq Uğrunda İslam Konfransı Gənclər Forumunun birgə təşəbbüsü əsasında aprelin 4-5-də Gənclər Konfransının keçirilməsi nəzərdə tutulub. Tədbirdə 2007-ci ildə Bakıda Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə keçirilən “Gənclər Sivilizasiyaların İttifaqı Uğrunda” (Youth for the Alliance of civilizations - YAOC) beynəlxalq hərəkatın BMT-nin rəsmi platforması kimi təsis edilməsi nəzərdə tutulur. Konfransda Sivilizasiyaların Alyansı proqramı çərçivəsində indiyə qədər həyata keçirilən layihələrin təqdimatı, Gənclər Strategiyası, BMT SA-nın Gənclik Məşvərət Şurası, o cümlədən hərəkatın həyata keçirəcəyi beynəlxalq layihələr üzrə müzakirələr keçiriləcək. Tədbirdə 75 ölkənin gənc liderləri təmsil olunacaqlar.
İstanbul Gənclər Konfransı 2007-ci ilin noyabr ayında Bakıda elan edilmiş
YAOC hərəkatının beynəlxalq tanınması məqsədilə aparılan fəaliyyətin məntiqi nəticəsidir. Bakı konfransından keçən müddət ərzində Dialoq və Əməkdaşlıq Uğrunda İslam Konfransı Gənclər Forumunun Mədəniyyətlərarası Dialoq üzrə Baş Koordinatoru Leyla Əliyevanın rəhbərliyi ilə aparılan işlər hərəkatın BMT, Avropa Şurası, aparıcı beynəlxalq və regional gənclər təşkilatları tərəfindən tanınması üçün əsas yaradıb.
Qeyd edək ki, Sivilizasiyaların Alyansı 2005-ci ildə, Türkiyə və İspaniya baş
nazirləri Rəcəb Tayyip Ərdoğan və Luis Sapateronun birgə təşəbbüsü ilə təsis edilib. 2008-ci ilin yanvar ayında Sivilizasiyaların Alyansının I Forumu İspaniyanın paytaxtı Madrid şəhərində keçirilib. Dünyada mədəniyyətlərarası dialoq sahəsində ən ali format sayılan Sivilizasiyaların Alyansı üzrə keçiriləcək II Forumda Türkiyənin baş naziri Rəcəb Tayyip Ərdoğan, İspaniyanın baş naziri Xose Luis Zapatero, BMT-in baş katibi Pan Gi Mun, Sivilizasiyaların Alyansı üzrə BMT Baş Katibinin yüksək nümayəndəsi Corc Sampayo, ümumilikdə 500-ə yaxın hökumət nümayəndəsi, tanınmış siyasət, elm və mədəniyyət xadimi iştirak edəcək. Tədbirin 2-ci günündə ABŞ prezidenti Barak Obamanın çıxışı gözlənilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR