Bank Of Baku

Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi nazirinin Türkiyəyə səfəri gözlənilir

Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi nazirinin Türkiyəyə səfəri gözlənilir
# 01 aprel 2009 10:15 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva–APA. Mayın ortalarında Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərovun Türkiyəyə səfəri nəzərdə tutulur. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Elnur Sultanov APA-ya bildirib ki, türkiyəli həmkarı Faruk Çelikin dəvəti ilə baş tutacaq səfərinin məqsədi iki ölkənin müvafiq nazirliklərinin 6-cı birgə iclasında iştirak etməkdir. İclasın Ankara şəhərində keçirilməsi planlaşdırılır. İclasda Türkiyə və Azərbaycan arasında sosial müdafiə sahəsi üzrə əməkdaşlıq, o cümlədən əmək bazarı münasibətləri üzrə təcrübə mübadiləsi, Dövlət Əmək Müfəttişliyinin potensialının gücləndirilməsi kimi məsələlər müzakirə ediləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR