Bank Of Baku

Vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün test imtahanı aprelin 25-də keçiriləcək

Vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün test imtahanı aprelin 25-də keçiriləcək
# 01 aprel 2009 10:37 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün test imtahanı aprelin 25-də keçiriləcək. Bu barədə APA-ya Komissiyanın mətbuat xidmətindən məlumat verilib. Komissiya tərəfindən martın 6-da 19 dövlət orqanında müsahibəyə təqdim edilmiş 250 vakant dövlət qulluğu vəzifəsinin tutulması üçün sənəd qəbulu bu gün saat 18. 00-da başa çatır. Vətəndaşların çoxsaylı müraciətlərini nəzərə alaraq 29 dövlət orqanında müsabiqəyə təqdim edilmiş 663 vakant dövlət qulluğu vəzifəsinin tutulması üçün sənəd qəbulunun müddəti isə aprelin 9-u saat 18.00-dək uzadılıb. Müsabiqənin test imtahanı mərhələsi isə aprelin 25-də Bakıda keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR