Bank Of Baku

İsrailin su ehtiyatları üzrə ekspertləri Azərbaycanda səfərdədir

İsrailin su ehtiyatları üzrə ekspertləri Azərbaycanda səfərdədir
# 01 aprel 2009 10:52 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva - APA. İsrailin su ehtiyatları üzrə iki eksperti öz təcrübələrini Azərbaycanın Ekologiya və Təbii Sərvətlər, Kənd Təsərrüfatı nazirlikləri, Su Komissiyası və qeyri-hökumət təşkilatlarının nümayəndələri ilə bölüşür. İsrailin Azərbaycandakı səfirliyinin media departamentindən APA-ya verilən məlumata görə, martın 30-dan başlayaraq səfirlik və BMT İnkişaf Proqramı ofisinin birgə sponsorluğu ilə “Su ehtiyatlarının idarə olunması və səhralaşmaya qarşı mübarizə üzrə” 5 günlük seminar keçirilir. Aprelin 3-də yekunlaşacaq seminarın məqsədi su ehtiyatları və torpaq qatının qorunması istiqamətində suvarma texnologiyalarında effektiv planlaşdırma strategiyası üzrə milli ekspertlərin bacarıqlarını inkişaf etdirməkdir. Seminarın əsas mövzuları suvarma sistemi, suyun duzdan təmizlənmə texnologiyası, çirkli suların təmizlənməsi, duzlaşmaya qarşı mübarizədə suvarma və digər vasitələrdən istifadədir. Aprelin 3-də tədbir iştirakçılarına xüsusi sertifikatlar təqdim olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR