Bank Of Baku

Böyük Britaniyaya tələbə vizalarının verilməsində yeni qaydaların tətbiqinə başlanıb

Böyük Britaniyaya tələbə vizalarının verilməsində yeni qaydaların tətbiqinə başlanıb
# 01 aprel 2009 11:41 (UTC +04:00)
Bakı. Laçın Sultanova - APA. Böyük Britaniyaya tələbə vizasının verilməsində yeni qaydaların tətbiqinə başlanıb. APA-nın məlumatına görə, Böyük Britaniyanın Azərbaycandakı səfirliyində keçirilən mətbuat konfransında səfir Karolin Braun bildirib ki, bu qaydalar Avropa Birliyinə daxil olan ölkələr, həmçinin Norveç, İslandiya və Lixtenşteyn istisna olmaqla, bütün ölkələrə şamil edilir: “Böyük Britaniya xarici tələbələrin ölkəyə gəlişini hər zaman dəstəkləyir. Ötən il ölkəmizdə 358 min əcnəbi təhsil alıb. Bu, ümumən tələbələrin 20 faizini təşkil edir. Yeni qaydaların məqsədi tələbə adı altında Böyük Britaniyaya gələnlərin qarşısını almaqdır”.

Böyük Britaniya Sərhəd Xidmətinin viza məsələləri üzrə məsul şəxsi Yan Andorhil isə deyib ki, yeni qaydalara əsasən bu növ vizanı almaq istəyən şəxs xarici tələbələri qəbul etmək üçün lisenziyaya malik təhsil ocağına qəbul olunduğunu, həmin kursların haqqını ödəmək və təhsil alacağı dövrdə ölkədə yaşamaq üçün maddi imkana sahib olduğunu sübuta yetirməlidir. Təhsil müddətində tələbənin həftədə 20 saat, tətil vaxtı isə bütün iş günü işləmək hüququ var. Aprelin 6-dan vizaların qiymətində də dəyişiklik ediləcək. Böyük Britaniyaya viza 81 manatdan 84 manata qaldırılıb, tələbə vizasının qiyməti isə 182 manat təşkil edir.

Mətbuat konfransında o da qeyd olunub ki, ötən il Böyük Britaniyada uzunmüddətli təhsil almaq üçün Azərbaycandan 260 tələbə müraciət edib və onlardan 215-nə viza verilib. Qısamüddətli təhsil üçün 590 müraciət müəllifindən 440 nəfəri viza alıb. Ümumilikdə isə Britaniya vizası almaq istəyənlərin sayı 5381 nəfər olub və onlardan 92-si İngiltərədə yaşamaq istədiyini deyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR