Bank Of Baku

Pekində səhiyyə nazirləri səviyyəsində vərəmlə mübarizə üzrə konfrans başlayıb

Pekində səhiyyə nazirləri səviyyəsində vərəmlə mübarizə üzrə konfrans başlayıb
# 01 aprel 2009 12:03 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva – APA. Bu gün Çinin Pekin şəhərində Ümumdünya Səhiyyə Təşkilatı (ÜST), Çinin Səhiyyə Nazirliyi, Bill və Melinda Qeyds Fondunun təşkilatçılığı ilə səhiyyə nazirləri səviyyəsində vərəmin dərmanlara dayanaqlılığı formalarına qarşı qlobal mübarizə üzrə konfrans öz işinə başlayıb. APA-nın məlumatına görə, tədbirdə müxtəlif ölkələrin səhiyyə nazirləri və vərəmlə mübarizə üzrə məsul orqanlarının səlahiyyətli nümayəndələri daxil olmaqla, 250-ə yaxın şəxs iştirak edir. Azərbaycanı tədbirdə səhiyyə nazirinin müavini Abbas Vəlibəyov təmsil edir. Tədbirin məqsədi vərəmin dərmanlara dayanaqlılığı formaları yüksək səviyyədə olan 27 ölkədə (Ermənistan, Azərbaycan, Banqladeş, Belorus, Bolqarıstan, Çin, Konqo, Estoniya, Efiopiya, Gürcüstan, Hindistan, İndoneziya, Qazaxıstan, Qırğızıstan, Latviya, Litva, Moldova, Myanma, Nigeriya, Filippin, Rusiya, Pakistan, Cənubi Afrika, Tacikistan, Ukrayna, Özbəkistan, Vyetnam) konsensus yaratmaq və onlara dəstək göstərməkdir.
Konfransın ilk iş günündə əsas diqqət qeyd edilən ölkələrdə konsensusun yaradılmasına və onlara qlobal səviyyədə dəstək göstərilməsinə yönəlib. İştirakçılar vərəmin dərmanlara dayanaqlılığı formalarının mövcudluğu probleminin yayılması və inkişaf tendensiyası barədə məlumat verirlər. Konfransın sonrakı iki günündə isə iştirakçılar vərəmin profilaktikası və müalicəsi sahəsində milli və regional təcrübələri bölüşdürməklə milli planlaşdırma sistemlərinin komponentlərinə baxış keçirəcəklər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR