Bank Of Baku

Elçin Behbudov 6 saylı cəzaçəkmə müəssisəsində məhkumlarla görüşüb

Elçin Behbudov 6 saylı cəzaçəkmə müəssisəsində məhkumlarla görüşüb
# 01 aprel 2009 13:17 (UTC +04:00)
Bakı. Ramil Məmmədli-APA. Bu gün İşgəncələrə qarşı Azərbaycan Komitəsinin sədri Elçin Behbudov Penitensiar Xidmətin 6 saylı cəzaçəkmə müəssisəsində məhkumlarla görüşüb. E. Behbudovun APA-ya bildirib ki, cəzaçəkmə müəssisəsində ailə üzvlərinin müraciəti əsasında Azərbaycan Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə 7 il müddətinə azadlıqdan məhrum edilən 1970-ci il təvəllüdlü Aslanlı Samir Zakir oğlu ilə görüşüb. Cəzaçəkmə müəssisəsində üzərində narkotik maddə aşkar olunduğuna görə cəza kamerasına salınan S. Aslanlı nəzarətçilər tərəfindən təzyiqə məruz qalmadığını deyib. E. Behbudov cəza kamerasında saxlanılan 1964-cü il təvəllüdlü Qurbanov Nazim Əliağa oğlu ilə də görüşdüyünü söyləyib. Hüquq müdafiəçisi deyib ki, CM-nin 180-cı (soyğunçuluq ) maddəsi ilə 6 il müddətinə azadlıqdan məhrum edilən N. Qurbanov cəza kamerasına dəstə rəisini təhqir etdiyinə görə düşüb. Məhkum cəza kamerasına salınan zaman təzyiqə məruz qalmayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR