Bank Of Baku

Beynəlxalq Elm Olimpiadasının prezidenti Azərbaycana gəlib

Beynəlxalq Elm Olimpiadasının prezidenti Azərbaycana gəlib
# 01 aprel 2009 13:59 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva - APA. Beynəlxalq Elm Olimpiadasının prezidenti Masno Ginting bu il dekabrın 2-11-də Bakıda keçiriləcək yeniyetmələr arasında VI Beynəlxalq Elm Olimpiadasına hazırlıq işləri ilə tanış olmaq üçün Azərbaycana gəlib. APA-nın məlumatına görə, qonağı qəbul edən gənclər və idman naziri Azad Rəhimov olimpiadanın Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın sədrliyi ilə keçiriləcəyini açıqlayıb. Olimpiadada azı 57 ölkədən olan yeniyetmələr fizika, kimya və biologiya fənləri üzrə biliklərini sınayacaqlar. A. Rəhimov bildirib ki, tədbirin keçiriləcəyi Heydər Əliyev adına İdman Konsert Kompleksi bütün tələblərə cavab verir. Kompleks elmi sahədə təcrübələr aparmaq və bilik yarışı keçirmək üçün iki hissəyə bölünəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR