Bank Of Baku

QHT-lərə Dövlət Dəstəyi Şurasının elan etdiyi müsabiqənin nəticələri aprelin 3-də açıqlanacaq

QHT-lərə Dövlət Dəstəyi Şurasının elan etdiyi müsabiqənin nəticələri aprelin 3-də açıqlanacaq
# 01 aprel 2009 16:07 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev - APA. Prezident yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının elan etdiyi müsabiqənin nəticələri aprelin 3-də açıqlanacaq. Bu barədə APA-ya şuranın sədri Azay Quliyev məlumat verib. O, qeyri-hökumət təşkilatlarının təqdim etdiyi 569 layihənin hər birinin 3 ekspert tərəfindən qiymətləndirildiyini deyib: “Prosesə beynəlxalq ekspertlər cəlb olunub. Ekspertlərə qonorar kimi 20 min manat ödənilib. Bütün layihələr kodlaşdırılıb”.

A. Quliyev müsabiqədə qeyr-obyektivliyə yol verildiyinə dair iddiaların həqiqətə uyğun olmadığını, bunu şuraya qarşı təzyiq kimi qiymətləndirdiyini bildirib: “Necə olur ki, ilk müsabiqədən keçən 9 aylıq bir dövrdə heç nə yazılmır, ikinci müsabiqənin nəticələrinin açıqlanmasına bir neçə gün qalmış isə belə məlumatlar yayılır. Hər kəs bizim keçirdiyimiz müsabiqənin nəticəsini görəcək. Şuranın işinə Prezident Aparatı tərəfindən müdaxilələrin olması haqda yazılanlar məqsədli və qərəzli xarakter daşıyır”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR